Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Michelin'' 2 mindən çox işçini ixtisar edəcək

''Michelin'' 2 mindən çox işçini ixtisar edəcək

Tarix: 6 Yanvar 2021 19:36

Dünyanın nəhəng şin istehsalçısı olan Fransanın "Michelin" şirkəti 2,3 minə yaxın işçisini ixtisar etməyi planlaşdırır.

Milli.Az APA-ya istinadən bildirir ki, şirkət rəhbərliyi strukturları sadələşdirmək və rəqabət qabiliyyətini artırmağı özündə cəmləşdirən planı təsdiqləyib və sözügedən planın icrasını ştatın azaldılması hesabına həyata keçirmək niyyətindədir.

Lakin rəhbərlik eyni zamanda qeyd edib ki, modernləşdirmə planı işçilər və həmkarlar ittifaqları ilə "sosial dialoq əsasında" həyata keçiriləcək və üçillik çərçivə razılaşması üzrə danışıqlar aparılacaq. Bu, həmin müddət ərzində ixtisarlara yol açmayacaq.

"Michelin"in prezidenti Floran Meneqo bildirib ki, ixtisar şirkətin Fransada yerləşən bütün müəssisələrini əhatə etsə də, iş yerlərinin azaldılması işçilərin könüllü getməsi, xüsusən də təqaüdə çıxması əsasında həyata keçiriləcək.

Milli.Az


Etiketlər:  Michelin mindən çox işçini ixtisar edəcək


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ