Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Vaşinqtonda 50-dən çox adam nəzarətə götürüldü

Vaşinqtonda 50-dən çox adam nəzarətə götürüldü

Tarix: 7 Yanvar 2021 10:40

ABŞ-ın paytaxtı Vaşinqtonda çərşənbə gecəsi iğtişaşlar səbəbindən tətbiq edilən komendant saatından sonra hüquq-mühafizə orqanlarının əməkdaşları 50-dən çox adamı saxlayıb.

Sonxeber.net oxu.az-a istinadən bildirir ki, "Saat 21:30-dan etibarən 52 nəfər saxlanılıb".

Onun sözlərinə görə, həmin şəxslərin 26-sı Kapitoli binasına girənlər olub.

Saxlanılanların əksəriyyəti komendant saatı rejimini pozmaqda günahlandırılır. Silah gəzdirmə və ya qanunsuz silah saxlama qaydalarını pozduğuna görə daha bir neçə nəfər tutulub.

Paytaxtın Kolumbia dairəsi səlahiyyətliləri şəhərdəki iğtişaşlar fonunda komendant saatı tətbiq ediblər.


Etiketlər:  Vaşinqtonda dən çox adam nəzarətə götürüldü


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ