Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Yanvar 2021 11:56
Fransa prezidenti Emmanuel Makron ABŞ-da baş verən hadisələrə münasibət bildirib.
Sonxeber.net unikal.org-a istinadən bildirir ki, Makron bu barədə "Twitter" səhifəsində paylaşım edib.
"Dünyanın ən qədim demokratiyalarından birində seçkinin legitim nəticələrinə qarşı silahlı müqavimət varsa, bundan bütün dünyada ictimai fikir zərər görər. Əslində, orada baş verənlər ABŞ-ı əks etdirmir", - Makron bəyan edib.
Qeyd edək ki, Makron gecə boyu hadisələrin axarı zamanı mövqeyini açıqlamadığı üçün tənqid olunub. Onun hadisələrin yekunlaşmasını və hansı tərəfin üstün gəlməsini gözləməsi yaxşı qarşılanmayıb. Fransa prezidenti bütün hadisələr bitəndən sonra olaylara münasibətini açıqlayıb.