Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Yanvar 2021 13:33
Biz qiymətləndirmə aparmadan və eyni zamanda, dediyim kimi, xarici tərəfdaşlar, şirkətlər qiymətləndirmə aparmadan bərpa işlərinə başlaya bilmərik.
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, bunu Prezident İlham Əliyev 2020-ci ilin yekunlarına həsr olunmuş videoformatda müşavirədə çıxışı zamanı deyib.
Dövlət başçısı bildirib:
"Biz qiymətləndirmə aparmadan və eyni zamanda, dediyim kimi, xarici tərəfdaşlar, şirkətlər qiymətləndirmə aparmadan bərpa işlərinə başlaya bilmərik. Yəni, mən bərpa işləri deyəndə evlərin, şəhərlərin bərpasından söhbət açıram. Çünki indi infrastruktur layihələrinin icrasına start verilib və onların bir neçəsi artıq icradadır. Ancaq evlərin bərpasına, daha doğrusu, dağılmış o evlərin, onların yerində şəhərlərin yaradılmasına biz ancaq beynəlxalq qiymətləndirmə aparılandan sonra başlaya bilərik. Çünki əks təqdirdə, məhkəmələrdə qarşı tərəf bizi əsassız olaraq ittiham edə bilər ki, biz burada hansısa faktları saxtalaşdırırıq. Ona görə, ilk növbədə, biz özümüz bütün sənədləşməni aparmalıyıq, beynəlxalq şirkətlər gəlib bu sənədləşməni aparsınlar. Ondan sonra artıq şəhərlərin bərpası prosesinə start verə bilərik".