Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Liverpul'' ''Barselona''dan cavab gözləyir

''Liverpul'' ''Barselona''dan cavab gözləyir

Tarix: 15 Iyul 2019 18:20

"Liverpul" sabiq futbolçusu Filipp Koutinyo üçün "Barselona"ya təklif göndərib.

Qol.az-ın Britaniya mətbuatına istinadən yaydığı xəbərə görə, İngiltərə təmsilisi 27 yaşlı yarımmüdaiəçini 2 illiyə icarəyə götürməyi düşünür. "Liverpul" icarə müddəti başa çatdıqdan sonra braziliyalı oyunçunu 100 milyon avroya almaq hüququnun olmağını istəyir.

Kataloniya klubunun hələlik bu təklifə cavab vermədiyi vurğulanıb. Ancaq "Barsa"nın futbolçunun icarəyə göndərmədən birbaşa satmağa müsbət baxdığı bildirilib.

Qeyd edək ki, Koutinyo 2018-ci ilin yanvarında 145 milyon avroya "Liverpul"dan "Barselona"ya transfer olunub.

 


Etiketlər:  Liverpul Barselonadan cavab gözləyir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ