Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Iyul 2019 18:20
Bakı. Trend:
“Nəsimi-650 Diaspor Gənclərinin II Yay Düşərgəsi” çərçivəsində təşkil olunan panellərdən birində rəsmi şəxslər iştirak edib.
Diasporla İş üzrə Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, komitənin sədri Fuad Muradov, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev, Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov, gənclər və idman nazirinin müavini Fərhad Hacıyev, Azərbaycan Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov, millət vəkili Tahir Mirkişili, “Regional İnkişaf” İctimai Birliyinin rəsmisi Cəmil Əliyev diaspor gəncləri ilə görüşüblər.
Görüşdə dövlətin gənclər siyasəti, xaricdə yaşayan gənclərin şəbəkələşməsi, qaçqın və məcburi köçkün gənclərin problemləri ilə bağlı diaspor gənclərinin fəaliyyəti, könüllülük hərəkatının formalaşmasında gənclərin əsas funksiyaları və s kimi mövzularda çıxışlar olub.
Bununla yanaşı paneldə Xocalı soyqırımı haqqında video təqdimat keçirilib.
Daha sonra gənclərlə geniş və maraqlı müzakirə aparılıb, onların sualları cavablandırılıb.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin