Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Yanvar 2021 14:46
Tarif Şurasının son iclasında İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin göstərdiyi müxtəlif xidmətlər üzrə tariflərə baxılıb və yeni tariflər təsdiq olunub. Orta hesabla bütün qiymətlər iki dəfə artıb.
Sonxeber.net xezerxeber.az-a istinadən bildirir ki, daşınmaz əmlak, o cümlədən evlərin özəlləşdirilməsi ilə bağlı xidmətlərin tarifləri dəyişib.. Qiymətlər orta hesabla iki dəfə artıb.
Belə ki, çoxmənzilli yaşayış binaları üzrə binanın ümumi sahəsinin hər 1 m2 -i 40 qəpik olduğu halda artımdan sonra 85 qəpik olub. Bununla yanaşı
Qeyri-yaşayış binaları və əmlak kompleksi kimi müəssisələr üzrə:
- sahəsi 100 m2-dək 240 AZN (əvvəl maksimum 120 AZN)
- sahəsi 100 m2-dən 500 m2-dək - max 980 AZN (əvvəl 490 AZN)
Mənzillər üzrə:
- sahəsi 50 m2 -dək - 20 AZN (əvvəl 12 AZN)
- sahəsi 50 m2 -dən çox olduqda, hər əlavə 1 m2 üçün 33 qəpik (20 qəpik) olub.
Kənd təsərrüfatı təyinatlı torpaqlar üzrə isə əvvəl vahid tarif olub və maksimum qiymət 66 AZN təşkil edib. Lakin tariflərdəki dəyişiklikdən sonra
- pay torpaqları-ailə kəndli təsərrüfatına məxsus olduğu hallarda maksimum 125 AZN
- kənd təsərrüfatı torpaqları ilə bağlı digər hallarda artaraq maksimum 175 AZN olub.
Tarif dəyişikliyi daşınmaz əmlakın qeydiyyatı və kadastrı, o cümlədən əmlakın texniki inventarlaşdırılması ilə bağlı - çıxarış və texniki pasportların verilməsi, ünvan planlarının, kadastr xəritələrinin tərtibi və digər xidmət haqlarına da aiddir.
Əsas məqsəd göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi, çevikliyin təmin edilməsi ilə müasir elektron xidmət standartlarına keçilməsindən, bununla da vətəndaş məmnunluğunu ən yüksək həddə çatdırmaqdan ibarətdir.