Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Yanvar 2021 15:42
Uzun müddətdir Çağla Şıkeli "Yaxın zamanlarda öləcəksən, səni və övladlarını öldürəcəm" mesajları ilə şantaj edən şəxsin kimliyi ortaya çıxıb.
Sonxeber.net axşam.az-a istinadən bildirir ki, ötən ilin oktyabrından qorxulu mesajlar alan Çağlanı təhdid edən şəxs həbsdən yeni çıxan məhkum imiş. Çağlanın şikayəti üzrə tutulan şəxs modeli onun yaxşılığı üçün təhdid etdiyini deyib.
"Sosial mediada etdiyi paylaşımların hamısını izləyirdim. Övladları ilə tez-tez videolarını paylaşırdı. Şəxsi həyatını çox nümayiş etdirirdi. Çağlanı yaxşılığı üçün şantaj etdim ki, şəxsi həyatını gündəmə gətirməsin" - məhkum bildirib.