Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Yardımlıda 1 kiloqramdan çox narkotik aşkarlanıb (FOTO)

Yardımlıda 1 kiloqramdan çox narkotik aşkarlanıb (FOTO)

Tarix: 7 Yanvar 2021 16:30

Bakı. Trend:

Dövlət sərhədlərinin mühafizəsinin təmin edilməsi, narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində sər­həd mühafizə və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Trend xəbər verir ki, yanvar ayının 2-də Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qo­şun­larının “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində Yar­dımlı rayonunun Arus kəndinin yaxınlığında yerləşən sərhəd zasta­vasının xidməti sahəsində dövlət sərhədinin gücləndirilmiş mühafizəsinin təmin edilməsi üzrə keçirilmiş kompleks qoşun və əməliyyat-axtarış tədbirləri nəticəsində sərhədboyu ərazidə 1 ədəd sahibsiz bağlama aşkarlanmışdır.

Bağlamaya baxış zamanı təxmini çəkisi 1 kiloqram 400 qram narkotik vasitə - “heroin”ə oxşar maddə aşkar edilərək götürül­müş­dür.

Fakt üzrə zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Yardımlıda 1 kiloqramdan çox narkotik aşkarlanıb (FOTO) - Gallery Image Yardımlıda 1 kiloqramdan çox narkotik aşkarlanıb (FOTO) - Gallery Image


Etiketlər:  Yardımlıda kiloqramdan çox narkotik aşkarlanıb FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ