Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Yanvar 2021 17:18
Bakı. İlhamə İsabalayeva – Trend:
Ölkədə COVİD-19-a yoluxma sayının azalması test sayının azalması ilə əlaqədar deyil.
Trend-in məlumatına görə, bunu TƏBİB-in Xəstəliklərin profilaktikası və kontrolu Departamentinin müdiri Yaqut Qarayeva deyib.
Onun sözlərinə görə, sərt karantin tədbirlərinin yeni başlandığı günlərdə gündəlik yoluxma sayı 4000, hətta 5000-ə çata biləcək qədər idi:
"Bu gün isə gündəlik yoluxma sayı 1000-dən aşağı enib. Yoluxma sayının sağalma sayından az olması, bəzi günlərdə hətta iki dəfəyədək az olması ona gətirib çıxarır ki, xəstəxanalarda yataq yerləri boşalır".