Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Bitkoin sürətlə bahalaşır

Bitkoin sürətlə bahalaşır

Tarix: 7 Yanvar 2021 17:56

Bakı. Orxan Nəbiyev - Trend:

Dünyanın ən populyar kriptovalyutası olan bitkoin sürətlə bahalaşmaqda davam edir.

Trend-in məlumatına görə, ötən gün 36 min dollar ətrafında alınıb-satılan kriptovalyutanın qiyməti son saatlarda 38 min dollar həddini keçib.

Kriptovalyutanın alqı-satqı qiyməti 38,1 min dollaradək çatıb.

Qeyd edək ki, ötən həftəsonu bitkoinin qiyməti 30 min dollaradək azalsa da, yenidən bahalaşmaqda davam edib.

Qlobal kriptovalyuta bazarının 72 faizdən çoxu bitkoinin payına düşür.


Etiketlər:  Bitkoin sürətlə bahalaşır


RƏYLƏR