Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Hindistan iqtisadiyyatını 1952-ci ildə bəri ən kəskin resessiya gözləyir

Hindistan iqtisadiyyatını 1952-ci ildə bəri ən kəskin resessiya gözləyir

Tarix: 7 Yanvar 2021 18:36

Bu ilin mart ayında bitən maliyyə ilində Hindistanın ÜDM-i 1952-ci ildə bəri ən kəskin azalma yaşayacağı gözlənilir - 7,7%.

Sonxeber.net APA-ya istinadən bildirir ki, bu proqnoz Hindistan Statistika Nazirliyinin ölkə iqtisadiyyatının ilkin qiymətləndirməsində verilib.

İqtisadiyyatın kəskin azalmasının əsas səbəbi COVID-19 pandemiyası göstərilir. Dünya üzrə COVID-19-a yoluxma hallarının sayına görə Hindistan dünya ikincisidir (10,4 mln. çox yoluxma).

Lakin iqtisadçılar qeyd edir ki, aprelin 1-də başlayacaq növbəti maliyyə ilində ölkə iqtisadiyyatının vəziyyətə görə uyğunlaşdırılmış fiskal və monetar siyasətin hesabına bərpası gözlənilir.


Etiketlər:  Hindistan iqtisadiyyatını 1952 ildə bəri kəskin resessiya gözləyir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ