Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Güləş millimizin kapitanına vəzifə verildi

Güləş millimizin kapitanına vəzifə verildi

Tarix: 7 Yanvar 2021 19:26

Sərbəst güləş üzrə millimizin kapitanı Cəbrayıl Həsənov idmançı karyerasını başa vurub.

Sonxeber.net qol.az-a istinadən xəbər verir ki, 30 yaşlı titullu güləşçimiz bundan sonra məşqçi kimi fəaliyyət göstərəcək. 

Azərbaycan Güləş Federasiyasının prezident əvəzi Namiq Əliyevin müvafiq əmrinə əsasən Cəbrayıl Həsənov sərbəst güləş üzrə gənclərdən ibarət yığma komandanın böyük məşqçisi vəzifəsinə təyin olunub. Bu komandada Rövşən Hacıyev, Nazim Əlicanov və Əşrəf Əliyev məşqçi kimi fəaliyyətini davam etdirəcək.

Bu gün Namiq Əliyev gənc mütəxəssisə idmançı kimi göstərdiyi xidmətlərə görə təşəkkür edib və ona yeni vəzifəsində uğurlar arzulayıb. Federasiyanın rəhbəri bundan sonra sərbəst güləş üzrə böyüklər ibarət yığma komandanın kapitanının Şərif Şərifov olacağını bildirib.

Xatırladaq ki, Cəbrayıl Həsənov Rio Olimpiadasında bürünc medal qazanmaqla yanaşı, 2 dəfə dünya ikincisi, 3 dəfə Avropa çempionu, ilk Avropa Oyunlarının bürünc medalçısı olub. Həsənov ümumilikdə dünya və Avropa çempionatlarında 12 dəfə fəxri kürsüyə qalxıb.


Etiketlər:  Güləş millimizin kapitanına vəzifə verildi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ