Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Vətən müharibəsində ''Paşa'' ləqəbi ilə tanınan döyüşçü qalib əsgər kimi doğma evinə qayıdıb - FOTO

Vətən müharibəsində ''Paşa'' ləqəbi ilə tanınan döyüşçü qalib əsgər kimi doğma evinə qayıdıb - FOTO

Tarix: 8 Yanvar 2021 00:46

44 gün davam edən Vətən müharibəsində düşməni heybətli cüssəsi ilə vahiməyə salan "Paşa" ləqəbli qəhrəman Allahşükür Qasımov qalib əsgər kimi doğma yurdu Cəlilabadda böyük sevgi ilə qarşılanıb.

Uşaqdan böyüyə hamı rayon mərkəzinə Paşanı qarşılamağa çıxıb. Düşməni vahiməyə salan Allahşükür Qasımovun Vətən müharibəsində göstərdiyi şücaət hər bir cəlilabadlının qəlbini qürur hissi ilə doldurub.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, döyüş meydanında düşməni lərzəyə salan Allahşükür Qasımov 1989-cu ildə Cəlilabad rayonunun Sərhədabad kəndində anadan olub.

Atası Simran Qasımov Vətənə layiqli övlad böyütdüyü üçün qürur hissi keçirdiyini deyib: "Fəxr edirəm ki, oğlum üzümüzü ağ elədi, düşmənə qarşı igid kimi döyüşərək torpaqlarımızın azad olunmasında iştirak etdi".

İndi Qasımovlar ailəsi ikiqat sevinc hissi keçirirlər. Qarabağın azad olmasına sevinən valideynlər indi də övladlarının sağ-salamat qayıtmasının sevincini yaşayırlar.

Qeyd edək ki, Milli Ordunun əsgəri Allahşükür Qasımov Vətən müharibəsində Füzuli, Cəbrayıl və Şuşanın alınmasında igidliklə döyüşüb.

Milli.Az


Etiketlər:  Vətən müharibəsində Paşa ləqəbi ilə tanınan döyüşçü qalib əsgər kimi doğma evinə qayıdıb FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ