Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Yanvar 2021 05:20
Bakı. Trend:
ABŞ-ın hazırkı Prezidenti Donald Tramp Vaşinqtonda baş verən iğtişaşları pisləyib.
Trend-in məlumatına görə, bu barədə D.Tramp özünün "Twitter" səhifəsində yerləşdirdiyi videomüraciətində bildirib.
Onun sözlərinə görə, qanunu pozan hər kəs məsuliyyətə cəlb ediləcək: "Bu, dəhşətli hücum idi. Bütün amerikalılar kimi mən də qanunsuzluğa, zorakılığa və xaosa qəzəbləndim. Qanunu pozan hər kəs məsuliyyətə cəlb ediləcək".
D.Tramp həmçinin yaxın günlərdə hakimiyyəti demokrat Cozef Baydenin yeni administrasiyasına ötürməyə diqqət ayıracağını söyləyib: "Konqres seçkilərin nəticələrini təsdiqlədi, yeni administrasiya yanvarın 20-si işə başlayacaq. Mənim diqqətim artıq hakimiyyətin nizamlı və əngəlsiz bir şəkildə ötürülməsini təmin etməkdədir".
ABŞ prezidenti öz tərəfdaşlarının məyusluğunu başa düşdüyünü deyib və "böyük kampaniyasına" davam edəcəyinə söz verib.