Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Yanvar 2021 08:08
Bakı. Fidan Babayeva, tərcümə: Orxan Nəbiyev - Trend:
Füzulidə yeni hava limanının tikintisi və açılışı Azərbaycan iqtisadiyyatının artım tempinin yüksəlməsinə təsir edəcək.
Bunu Trend-ə Qafqaz İqtisadi Analiz Mərkəzinin direktoru Əhməd Əlili deyib.
Onun sözlərinə görə, Azərbaycanın məhz Qarabağda turizm sektorunun inkişafı üzrə böyük planları var:
“Füzulidə yeni hava limanı ilk növbədə ölkənin turizm sektorunun inkişafına təsir edəcək. Azərbaycanın turizm potensialı kifayət qədər yüksəkdir və Qarabağda yeni turizm mərkəzlərinin açılması ölkə üçün faydalı olacaq”.
O əlavə edib ki, turizm potensialı ilə yanaşı, Qarabağ həm də zəngin təbii ehtiyatlara malikdir və metallurgiya sənayesinin mərkəzinə çevrilə bilər:
“İnkişafın indiki mərhələsində Avropa ölkələri, İran, Rusiya, Türkiyə tərəfindən investisiyaların cəlb edilməsi məqsədəuyğundur. Xarici investisiyalar bütün ölkələrin diqqətini regionun geoiqtisadiyyatına yönəldəcək. Hökumət regionun inkişafında beynəlxalq korporasiyaların da iştirak etməsində maraqlıdır”.