Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bu ölkələrdə ilin başlanğıcında COVID-19-a yoluxma hallarının kəskin artması müşahidə olunub

Bu ölkələrdə ilin başlanğıcında COVID-19-a yoluxma hallarının kəskin artması müşahidə olunub

Tarix: 8 Yanvar 2021 11:56

İlin başlanğıcı Latın Amerikasında koronavirusa yoluxmanın yüksək sürətlə artması müşahidə edilib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, COVID-19-a yoluxma göstəriciləri yenidən artıb. Bu, Milad təntənələri, karantinin zəifləməsi və kurort mövsümünün əvvəli ilə üst-üstə düşür.

Vaksinləmə üzrə kampaniyalara hələ ki, Argentina, Meksika, Çili və Kosta-Rikada başlanılıb. Vaksinin ilk dozasını gözləyən Latın Amerikası regionunun digər ölkələri karantin tədbirlərinə əl atırlar. Lakin hökumətlər yeni məhdudiyyətlərə sosial müqavimətlə qarşılaşırlar.

Bununla belə, Argentina pandemiyanın əvvəlindən - ötən ilin mart ayından başlayaraq ilk dəfə komendant saatının tətbiqi məsələsini öyrənir.

Braziliyanın koronavirus infeksiyasından ən çox zərər çəkən San-Paulu şəhərinin hakimiyyət orqanları məhdudiyyətləri sərtləşdirmək barədə yanvarın 8-də qərar verəcəklər. Bu tədbirlər bir il bundan əvvəl tətbiq olunan tədbirlərdən o qədər də fərqlənmir.

Argentina Səhiyyə Nazirliyinin son hesabatına görə, son sutka ərzində 13.441 yoluxma faktı müşahidə edilib. Bu rəqəmlər çox ağır iyul və avqust aylarının analoqunu təşkil edir. Yoluxanların 53,4 faizi 39 yaşdan aşağı olan şəxslərdir. Buenos-Ayresin Atlantik sahilboyu kurortlarında vəziyyət çox təhlükəlidir: gün ərzində televiziya xəbərlərində 10 minlərlə gəncin çimərliklərdə maskasız və distansiyaya riayət etmədən əyləndiklərini göstərirlər. Argentinada yoluxanların sayı təqribən 1,7 milyon nəfər təşkil edir, xəstəxanalardakı çarpayı yerlərinin məşğulluğu 53 faizə bərabərdir.

Meksika pandemiyadan daha çox zərər görən regionları bağlamağa başlayıb. Rəsmi göstəricilər artım tempinə qayıdıb. Dekabr ayından Meksika hökuməti xəstəxanalar 74 faiz dolduqdan sonra paytaxt Mexikoda ikinci dərəcəli fəaliyyət sahələrini dayandırmaq barədə göstəriş verib. Tibbi xidmətlərə tələbatın artım sürəti 90 faizə yaxınlaşır.

Milad tətilləri onunla nəticələndi ki, yerli və əcnəbi turistlər Meksikanın əsas kurortlarına - Kankun, Akapulko və Los-Kabosa üz tutmuşdular. Ticarətin qismən bağlı olmasına baxmayaraq, otellərdə yerlərin 60 faizdən 80 faizə qədəri dolu idi. Turizm xidmətlərinə qiymətlərin aşağı düşməsi və məhdudiyyətlərin yüngülləşdirilməsi səbəbindən bu ölkə nəhəng turizm tələbatı yerinə çevrilib. Meksika 2020-ci ildə ən çox ziyarət olunan turizm istiqaməti kimi dünyada üçüncü yerdə olub.

Kolumbiyanın paytaxtı Boqotada intensiv terapiya şöbələrində çarpayıların sayı dekabrdan artıb, əhalinin üçdəbiri çərşənbə axşamından başlayaraq yanvarın 17-dək ciddi karantin rejiminə qayıdıb. Kolumbiyada koronavirusdan 44 mindən çox ölüm faktı təsdiqlənib, təxminən 1,8 milyon nəfər COVID-19-a yoluxub.

Çilidə son həftə ərzində yoluxanların sayı 32 faiz artaraq ötən ilin mayındakı analoji göstəricilərə çatıb. Bu, Milad bayramına hədiyyələrin kütləvi alış-verişi ilə bağlıdır. Miladda Çilidə "Pfizer" vaksininin tibbi personala tətbiqinə başlanılıb.

Milli.Az


Etiketlər:  ölkələrdə ilin başlanğıcında COVID yoluxma hallarının kəskin artması müşahidə olunub


RƏYLƏR