Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bakıda silahlı şəxslər tutulub

Bakıda silahlı şəxslər tutulub

Tarix: 8 Yanvar 2021 15:50

Bakıda silahlı şəxslər saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Sonxeber.net-a verilən məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının daxil olmuş məlumatlar əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuş R.Ələsgərlidən "Makarov" markalı tapança, E.Mürşüdovdan "Naqan" tipli tapança, R.İsmayılovdan isə "Makarov" markalı tapança, 1 ədəd patron darağı, 7 ədəd patron və 1 ədəd səsboğucu aşkar edilərək götürülüb.

Faktlarla əlaqədar cinayət işləri başlanıb.


Etiketlər:  Bakıda silahlı şəxslər tutulub


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ