Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Futbol üzrə Almaniya çempionatı: ''Borussiya'' ''Bavariya''ya qalib gəldi

Futbol üzrə Almaniya çempionatı: ''Borussiya'' ''Bavariya''ya qalib gəldi

Tarix: 9 Yanvar 2021 02:36

Bakı. Trend:

Almaniya Bundesliqasının 15-ci turunun növbəti oyunu baş tutub.

Trend-in məlumatına görə, "Borussiya" öz meydanında "Bavariya" ilə qarşılaşıb və 3:2 hesabı ilə qalib gəlib.

Qolları "Borussiya" tərəfdən Yonas Xofmann (36, 45-ci dəqiqələr) və Florian Noyxaus (49), "Bavariya"dan isə Robert Levandovski (20, penalti) və Leon Qoretska (26) vurublar.

Hazırda "Bavariya" Almaniya çempionatının turnir cədvəlində 33 xalla liderdir, "Borussiya" 24 xalla yeddinci yerdədir.

Növbəti turda "Bavariya" yanvarın 17-də "Frayburq"u, 13 yanvarda isə ölkə kubokunun 1/16 final mərhələsində "Holştayn Kil"i qəbul edəcək. Almaniya çempionatının 16-cı turunda "Borussiya" yanvarın 16-da səfərdə "Ştutqart"la oynayacaq.


Etiketlər:  Futbol üzrə Almaniya çempionatı Borussiya Bavariyaya qalib gəldi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ