Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Yanvar 2021 08:12
Bakı. Fidan Babayeva, tərcümə Orxan Nəbiyev - Trend:
Azərbaycan yaxın gələcəkdə Qarabağda külək enerjisinin potensialın dəqiq hesablamağı planlaşdırır.
Bunu Trend-ə Energetika Nazirliyinin mətbuat katibi Cahid Mikayılov deyib.
Onun sözlərinə görə, Qarabağın dağlıq hissəsində, 100 metr hündürlükdə orta illik sürəti saniyədə 7-8 metr olan küləklərin əsdiyi böyük ərazilər var:
"Globalwindatlas.info" platformasının məlumatlarına əsasən, Ermənistanla həmsərhəd olan Kəlbəcər və Laçın rayonlarında küləyin orta illik sürəti 10 metr/saniyəyə çatır".
C.Mikayılov bildirib ki, ölçü stansiyalarının quraşdırılması yolu ilə külək enerjisi potensialının hesablamaları aparılacaq:
"Ümumilikdə Qarabağın dağlıq rayonlarında külək enerjisinin potensialı 300-500 meqavatt həcmində dəyərləndirilir".