Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Yanvar 2021 08:24
Bakının Yasamal rayonunda sərnişin avtobusunun sürücüsünün qəfil əyləcdən istifadə etməsi zamanı bir nəfər ağır xəsarət alıb.
Sonxeber.net APA-ya istinadən xəbər verir ki, hadisə Abbas Mirzə Şərifzadə küçəsində hərəkətdə olan 39 nömrəli sərnişin avtobusunda baş verib.
Bu zaman müvazinətini itirən 1995-ci il təvəllüdlü Kazımov Seyran Rəşid oğlu avtobusun salonunda yerə yıxılıb. O, dizindən ağır xəsarət alıb.
Yaralı xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.