Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Şirvanda bir ailənin 4 üzvü zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib

Şirvanda bir ailənin 4 üzvü zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib

Tarix: 9 Yanvar 2021 08:44

Şirvanda zəhərlənmə hadisəsi qeydə alınıb.

Sonxeber.net APA-ya istinadən xəbər verir ki, Şirvan şəhəri Gülbala Şıxbalaoğlu küçəsi, 195 ünvanında yaşayan ailə üzvləri 1999-cu il təvəllüdlü Dadaşov Ramin Təlatüm oğlu, 2006-cı il təvəllüdlü Dadaşov Mehti Təlatüm oğlu, 1978-ci il təvəllüdlü Dadaşova Xanım Rəsul qızı və 1964-cü il təvəllüdlü Dadaşov Təlatüm Əkbər oğlu toksik zəhərlənmə diaqnozu ilə Şirvan şəhər xəstəxanasına yerləşdirilib.

Ailə üzvləri nədən zəhərləndiklərini özləri də bilmirlər. Hal-hazırda onlara həkimlər tərəfindən yardım göstərilir.

Həkimlərin bildirdiyinə görə xəstələrdə  dəm qazından zəhərlənmə əlamətləri müşahidə edilir.


Etiketlər:  Şirvanda ailənin üzvü zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ