Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Yanvar 2021 10:16
Terror təşkilatı PKK/PYD Suriyada "Sülh çeşməsi" bölgəsinə sızmağa cəhdlərini davam etdirir. Son vaxtlar artan hücumların səbəbi Rusiya ilə Türkiyəni Eyn-İsa bölgəsində qarşı-qarşıya gətirməkdir.
Sonxeber.net Axar.az-a istinadən xəbər verir ki, bunu "A Haber"in jurnalisti Kərim Ulak bildirib.
"Rusiyanın daha öncə istifadə etdiyi qərargaha yerləşən terrorçular türk ordusunun olduğu bölgəyə hücum etdilər. Bu kirli planı isə PUA-lar pozdu. Qərargahda rusların deyil, terrorçularn olduğu təsbit edildi və son 32 gündə həyata keçirilən əməliyyatda 115 terrorçu məhv edildi", - Ulak qeyd edib.