Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Yanvar 2021 10:46
Şimali Kipr Türk Respublikasında dəhşətli cinayət hadisəsi baş verib.
Sonxeber.net oxu.az-a istinadən bildirir ki, Geçitkale adlı rayonda səhər saatlarında 52 yaşlı İbrahim Çobanoğlu və həyat yoldaşı 48 yaşlı Bengü Çobanoğlu odlu silahla qətlə yetirilib. Cütlüyün 14 yaşlı oğlu Çınar Çobanoğlu isə ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.
Oynadığı oyunun təsirinə düşən 14 yaşlı Çınar Çobanoğlunun yuxuda ikən ana və atasını güllələdiyi, daha sonra isə intihara cəhd etdiyi qeyd olunur.