Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Yanvar 2021 11:52
Ötən il qaçqınkom tərəfindən məcburi köçkünlər üçün inşa edilmiş 4700 mənzil şəhid ailələrinə veriləcək. Bu qurumdan verilən məlumata görə, artıq həmin evlər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təhvil verilib. Bundan başqa, ölkənin müxtəlif ərazilərində məcburi köçkünlərə verilən 65 mindən çox mənzil də var ki, bunlar da müvəqqəti məskunlaşma üçün nəzərdə tutulub. Gələcəkdə həmin şəxslərin də öz ata-baba torpaqlarına köçürülməsi nəzərdə tutulur.
Sonxeber.net xezerxeber.az-a istinadən bildirir ki, bundan sonra keçmiş məcburi köçkünlər üçün evlər yalnız işğaldan azad edilmiş ərazilərdə tikiləcək. 2020-ci ildə məcburi köçkünlər üçün tikilmiş 4700 mənzil isə şəhid ailələrinə verilmək üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim edilib. Bu məlumatı Qaçqınlar və Məcburi Köçkünlərin işləri üzrə dövlət komitəsinin sədr müavini Fuad Hüseynov verib.
Fuad Hüseynovun sözlərinə görə, bu vaxta kimi ölkənin müxtəlif ərazilərində 65 mindən çox ev və mənzillər tikilərək müvəqqəti yaşayış üçün qaçqın və məcburi köçkünlərə verilib ki, indi həmin şəxslərin işğaldan azad edilən ata-baba yurdlarına qaytarılması istiqamətində iş aparılır.
Komitənin sədr müavinin sözlərinə görə, hələlik məcburi köçkünlərin statusları saxlanır və onlara ödənişlər edilir. Amma hazırda yeni qaydalar üzərində iş aparılır.
Fuad Hüseynov onu da bildirdi ki, məcburi köçkünlər 30 ildir torpaqların işğaldan azad ediləcəyi günə gözləyirdilər və onlar şəhid qanı ilə sulanmış həmin torpaqları canlandıracaqlar.
Ətraflı "Xəzərxəbər"in materialında: