Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Biz yatarkən beynimiz nə edir?

Biz yatarkən beynimiz nə edir?

Tarix: 9 Yanvar 2021 13:24

İnsanlar həyatın demək olar ki, üçdə birini yatırlar. Lakin bu zaman beyində nələrin baş verdiyi haqda ümumi qəbul edilən bir nəzəriyyə yoxdur.

Sonxeber.net Axşam.az-a istinadən xəbər verir ki, biz yatmadığımız zaman sinir hüceyrələri daim həyəcan içərisindədir və biri-birinə siqnallar verir.

Bərpa

Neyronların təmas yerlərində (sinapslarda) siqnalların keçiriciliyi tədricən artır, yəni ki, beyinin ətraf mühitdən aldığı stimullara cavab olaraq fəal şəkildə daxil edilir.

Neyronların artması həyəcanına görə, beyin daha pis işləməyə başlayır və bərpa etmək üçün vaxt lazım olur. Beləliklə, sinir sisteminin normal işi bərpa olunur.

Toksinləri çıxarır

Beyinin aktiv fəaliyyətinə görə sinir sistemində həyəcanını artması ilə yanaşı toksinlər də yığılır. Bu, beyində maddələr mübadiləsinin nəticəsidir.

Verilən məlumatlara görə, toksinlər yuxu zamanı səmərəli fəaliyyət göstərən limfa sistemi vasitəsilə çıxarılır.

Beyinin plastik bərpası

Yuxu zamanı yeni sinapslar yaranır və köhnələr məhv edilir. Bu da o deməkdir ki, beyinin içərisində neyronlar arasında əlaqələrin yenidən qurulması baş verir. Bu onun plastik qalmasına, yəni ki, məlumatların idarə olunmasına, yeni biliklərin əldə edilməsinə və ətraf mühitdən gələn stimullara uyğunlaşmaqdır.


Etiketlər:  yatarkən beynimiz edir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ