Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

COVID-ə yoluxanlar və peyvənd olunanlarda qoruyucu immunitet nə qədər davam edir?

COVID-ə yoluxanlar və peyvənd olunanlarda qoruyucu immunitet nə qədər davam edir?

Tarix: 9 Yanvar 2021 23:51

COVID-19-a yoluxub sağalanlarda immunitet - qoruyuculuq düşünüldüyündən daha uzun müddət davam edir. Koronavirus infeksiyası keçirmiş insanlarda yaranan immunitet ən azı səkkiz ay ərzində yenidən yoluxmadan qoruyur.

Milli.Az e-tibb.az-a istinadən bildirir ki, bununla bağlı Monaş Universitetinin (Avstraliya) immunoloqları tərəfindən aparılan tədqiqatın nəticəsi nüfuzlu elmi jurnal olan "Science Immunology"də dərc olunub.

Əldə edilən nəticə indi hamını narahat edən suala cavab verməyə imkan verir: COVID-19-a qarşı edilən peyvənd  nə vaxta qədər qoruyacaq?

Alimlər vurğulayırlar ki, yalnız SARS-CoV-2 virusu ilə yoluxma deyil, həm də COVID-19-a qarşı vaksinasiya infeksiyaya qarşı uzun müddət qorunmanı təmin edir.
İndiyə qədər aparılan araşdırmalar, virusla qarşılaşdıqdan sonra bədəndə əmələ gələn antikorların sağaldıqdan sonrakı ilk aylarda qandan yox olduğunu və   ona qarşı immunitetin  itirdiyinə şübhə yaradırdı.

Bunun olub-olmadığını öyrənmək üçün tədqiqatçılar simptomlar başladıqdan sonra dördüncü gündə və 242 günə qədər (səkkiz ay) 25 COVID-19 xəstəsindən alınan qan testlərinə baxıblar. Ümumilikdə 36 qan nümunəsi müayinə edilib.
Gözlənildiyi kimi, virusa qarşı antikorların səviyyəsi xəstəliyin 20-ci günündə düşməyə başlayıb, lakin ən əsası, SARS-CoV-2 virusunun iki əsas komponentini (tikan və nükleokapsid zülalları)  tanımaq və onlara cavab vermək qabiliyyətində olan B- yaddaş hüceyrələri bütün xəstələrdə sirkulyasiya etməyə davam edib. Bu hüceyrələr xəstəlikdən səkkiz ay sonra da xəstələrin qanında sabit olub.
B-yaddaş hüceyrələri virus və ya bakteriya immunitet sistemi ilk dəfə bir antigenlə qarşılaşdıqda əmələ gəlir. Antigeni "əzbərləyirlər" və bununla təkrar-təkrar qarşılaşması halında, virusu neytrallaşdıran antikorları sürətlə istehsal edərək qoruyucu bir immun cavab prosesi başladırlar.

Tədqiqatının müəlliflərindən biri Menno Van Zelm qeyd edib ki, əldə edilən nəticələr hər hansı bir antikoronavirus vaksininİN uzunmüddətli effektivliyinə ümid etməyə imkan verir və dünyada COVİD-19 xəstəliyindən əziyyət çəkən milyonlarla insanın təkrar yoluxması yalnız bir neçə halla təsdiq edilib.

Milli.Az


Etiketlər:  COVID ə yoluxanlar peyvənd olunanlarda qoruyucu immunitet qədər davam edir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ