Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Yanvar 2021 17:16
Bakı. Trend:
Qırğızıstanda keçirilən refendumda seçici aktivliyi saat 18:00 üçün (Bakı vaxtı ilə saat 16:00) 33,08 faiz təşkil edib.
Trend-in məlumatına görə, bunu Qırğız Respublikasının Mərkəzi Seçki Komissiyasının rəhbəri Nurjan Şayldabekova mətbuat konfransı zamanı deyib.
Onun sözlərinə görə, referendumda 1 178 656 vətəndaş səs verib.
Beləliklə, Qırğızıstanda keçirilən referendumu baş tutmuş saymaq olar. Qanuna əsasən, seçicilərin 30 faizindən çoxu səs verdiyi halda referendum baş tutmuş sayılır.