Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Yanvar 2021 17:38
Polis polkovnik-leytenantı Ramiz Novruzov Səbail Rayon Polis İdarəsinin Cinayət axtarış şöbəsinin rəisi vəzifəsindən azad olunub.
Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə o, Gəncə Şəhər Baş Polis İdarəsinin Nizami Rayon Polis İdarəsinin rəis müavini təyin olunub.
Qeyd edək ki, Nizami RPİ-nin əvvəlki rəis müavini Nəvai Qasımov bir müddət əvvəl Kəpəz Rayon Polis İdarəsinə rəis təyin olunub.