Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Iyul 2019 14:44
Bakı. Trend:
Bu gün dünyanın ən soyuq qitəsi - Antarktidanın kəşfinin 200 illiyinə həsr olunan poçt bloku tədavülə buraxılıb.
Trend-in məlumatına görə, poçt markalı blokun üzərində “Vostok” və “Mirnıy” adlı qayıqlar, həmçinin Antarktida peyzajı təsvir olunub.
Poçt markalarının dövriyyəyə buraxıldığı gün, yəni bu gün Moskva, Sankt-Peterburq və Penza şəhərləri üçün “İlk gün” zərfi və möhür hazırlanıb. Bundan əlavə markanın üzərinə xüsusi həkketmə həyata keçirilib.
Hər markanın nominal dəyəri 50 rubl, blokun tiraji isə 40 min nüsxə təşkil edir. Poçt blokunun ölçüsü 124×70 mm, blokda olan poçt markalarının ölçüləri isə 42×30 mm təşkil edir. Layihə dizayner-rəssam İ.Ulyanovskiyə məxsusdur.
Qeyd edək ki, ən soyuq, ən quru, ən küləkli və ən yüksək materik olan Antarktidanı 1820-ci ildə Mixail Lazarev və Faddey Bellinshauzenin kəşf edib.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin