Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Yanvar 2021 19:16
Türkiyənin İstanbul şəhərindəki Atatürk Beynəlxalq Hava Limanında saxlanılan, müflis olmuş aviaşirkətlərə məxsus və istismar dövrü başa çatmış 9 təyyarə açıq hərrac yolu satışa çıxarılıb.
Sonxeber.net ted.az-a istinadən bildirir ki, təyyarələrə ilkin olaraq 3,7 milyon lirə (416 min ABŞ dolları) qiymət qoyulub.
Hərrac yanvarın 14-ü saat 14:30-da Dövlət Hava Limanları İdarəsində keçiriləcək.
Qeyd olunur ki, bu, bazar qiymətinə nəzərən "su qiymətinə"dir.