Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Yanvar 2021 19:45
Şurnux kəndində 1988-ci ildə 100 ev, 800-ə yaxın əhali olub.
Sonxeber.net xəbər verir ki, kənddə ən yaxın zamanlarda 1988-ci ilə qədər yalnız azərbaycanlılar yaşayıb.
Həmin ilin noyabrın sonlarında Gorus rayon partiya hökumət rəhbərliyinin təşkilatçılığı ilə rayonun bütün azərbaycanlı kəndləri, o cümlədən Şurnux kəndinin camaatı zorla deportasiya olunaraq Azərbaycana qovulub.
Kənd camaatının böyük əksəriyyəti ev əşyalarını çıxarda bilməyib. Evlərin çoxu dəyilməmiş qalıb.
Real TV-nin baş direktoru Mirşahin Ağayev Şurnuxa gedib, mövzu ilə bağlı reportaj hazırlayıb. Sözügedən reportajı təqdim edirik: