Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Yanvar 2021 10:09
Bakı. Samir Əli - Trend:
Binəqədi rayon Məhkəməsində rüşvət almaqda əqsirtləndirilərək həbs edilən Abşeron rayon İcra Hakimiyyətinin baş memarı Akif Əliyev və 3 saylı Mənzil Təsərrüfat İstehsalat İstismar təmir sahəsinin sabiq rəisi Murad Əhmədovun barələrində olan həbs qətimkan tədbirinin müddətinin uzadılması ilə bağlı istintaq orqanının verdiyi vəsatətət baxılıb.
Trend-in məlumatına görə, prosesdə vəsatətlər təmin edilib və hər iki şəxs barəsində seçilmiş həbs qətimkan müddəti uzadılıb.
Xatırladaq ki, Abşeron rayon İcra Hakimiyyətinin Memarlıq və Tikinti şöbəsinin müdiri - rayonun baş memarı Akif Əliyev və 3 saylı Mənzil Təsərrüfat İstehsalat İstismar təmir sahəsinin sabiq rəisi Murad Əhmədov ötən il iyunun 23 - də reşvət alarkən saxlanılıb və hər iki şəxs barəsində Cinayət Məcəlləsinin 311.2-ci (rüşvət alma) maddəsi ilə cinayət işi başlanıb, Binəqədi rayon məhkəməsinin qərarı ilə barələrində 4 ay müddətə həbs qətimkan tədbiri seçilib.