Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Yanvar 2021 11:00
Bakı. Orxan Nəbiyev - Trend:
Almaniyanın Tübingen Universitetinin bir qrup alimi insan orqanizmində koronavirusun yayılmasına təsir edən ferment aşkar edib.
Trend-in məlumatına görə, mütəxəssisləri SARS-CoV-2 virusunun ağciyərlərdə yayılmasının kompüter modeli vasitəsilə müəyyən edib ki, virus hüceyrələri xüsusi maddə yaratmağa vadar edir və bu, virusa hüceyrələrə daxil olmasını təmin edir.
Məlum olub ki, quanilatkinaza (GK1) fermenti koronavirus üçün xüsusi əhəmiyyət daşıyır. Alimlər kompüter vasitəsilə həmin fermetin aradan götürdükdən sonra virusun orqanizmdə yayılması dayanıb.
Mütəxəssislər hesab edir ki, bu fermentin aşkar edilməsi koronavirusun müalicəsi üçün dərmanların hazırlanması və təkmilləşdirilməsinə kömək edəcək.