Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Yanvar 2021 11:51
Bakı. İlhamə İsabalayeva - Trend:
Bu gündən başlayaraq ali və orta ixtisas təhsil müəssisələrində 2020-2021-ci tədris ilinin payız semestrinin imtahan sessiyasına başlanılır.
Trend-in məlumatına görə, bununla bağlı Təhsil naziri Emin Əmrullayev müvafiq əmr imzalayıb.
Bu əmrə əsasən ali və orta ixtisas təhsil müəssisələrində imthan qərargahları yaradılıb.
İmtahan sessiyası distant formada olmaqla 4 həftə müddətində keçiriləcək. İmtahanın təşkilində nöqsanlara yol verən şəxslər barədə müvafiq qaydada tədbirlər görüləcək. Sessiya bitdikdən sonra nəticələr barədə 10 gün müddətində Təhsil Nazirliyinə yekun hesabat təqdim ediləcək.