Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ağdaşda 29 yaşlı gənc antibiotikdən öldü

Ağdaşda 29 yaşlı gənc antibiotikdən öldü

Tarix: 11 Yanvar 2021 12:15

Bakı. Samir Əli - Trend:

Ağdaş rayon sakini iynədən ölüb.

Ağdaş rayon prokurorluğundan Trend-ə verilən məlumata görə, hadisə yanvarın 9-da saat 22 radələrində baş verib. Ağdaş rayon sakini 1991-ci il təvəllüdlü Baxışov Elman Elxan oğlunun yaşadığı evdə ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Cinayət prosessual qanunvericiliyinin tələblərinə əsasən, prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilmiş, digər prosessual hərəkətlər yerinə yetirilmişdir.

Aparılmış araşdırmalarla Elman Baxışovun sol qol nahiyəsindəki sınıq ilə əlaqədar yaşadığı evdə ailə üzvləri tərəfindən antibiotik tərkibli “Triosef” adlı dərman preparatının vurulmasından sonra halının pisləşməsi və nəticədə ölməsi müəyyən edilib.

Faktla bağlı Ağdaş rayon prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanmışdır.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.


Etiketlər:  Ağdaşda yaşlı gənc antibiotikdən öldü


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ