Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Biz ''Kukesi''nin aqibətini yaşamayacağıq'' - ''Partizani''nin müdafiəçisi

''Biz ''Kukesi''nin aqibətini yaşamayacağıq'' - ''Partizani''nin müdafiəçisi

Tarix: 16 Iyul 2019 16:32

"Partizani"nin müdafiəçisi Eqzon Belitsa Albaniyanın "Panorama" nəşrinə müsahibə verib. Qol.az-ın məlumatına görə, Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində "Qarabağ"la Bakıda keçirəcəkləri cavab oyunu haqda fikirlərini bölüşən makedoniyalı futbolçu iddialı danışıb.

- İlk oyunla müqayisədə Bakıya optimal heyətlə getdiyinizi düşünmək olar?

- Heç kim "Partizani"nin "Qarabağ"la ilk oyunda bu cür təsir bağışlayacağını gözləmirdi. Düşünürəm ki, yaxşı oyun göstərdik. Fikrimcə, nəticə də qənaətbəxşdir. Bəlkə də müdafiədə çox oturduq. Ancaq bu, "Qarabağ" kimi güclü komandanın qarşısında tab gətirmək üçün yeganə variant idi. Bakıya da yaxşı nəticə dalınca gəlmişik. Mərhələni keçmək üçün son ana kimi bacardığımız qədər mübarizə aparacağıq.

- Tiranadakı matçda qol vurmağınıza nə mane oldu?

- Bilirsiniz, nəticə təsadüfi deyil. Məşqlərdə standart vəziyyətlər zamanı bu zərbələrin üzərində işləyirik. Sloveniyadakı yoxlama oyunları, eləcə də "Qarabağ"la matçda bunu yoxladıq. Cavab görüşündə də bu cür zərbələrdən istifadə edəcəyik. Ümid edirəm ki, bu dəfə dirəklər bizə mane olmayacaq.

- Ötən mövsüm evdə "Qarabağ"la 0:0 oynayıb, Bakıda 0:3 hesabı ilə uduzan "Kukesi"nin aqibətini yaşamaqdan qorxmursunuz?

- Biz öz oyunumuzu göstərib, meydanda maksimum gücümüzü ortaya qoymağa çalşacağıq. "Kukesi" Bakıda 0:3 uduzmuşdu. İnanıram ki, biz onların aqibətini yaşamayacağıq. Bura özümüzü göstərmək üçün gəlmişik.

- İlk matçdakı kimi ehtiyatlı oynayacaqsınız, yoxsa bu dəfə daha cəsarətli olacaqsınız?

- Düşünürəm ki, sabahkı oyunda daha diqqətli olacağıq.

 


Etiketlər:  Kukesinin aqibətini yaşamayacağıq Partizaninin müdafiəçisi


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ