Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Yanvar 2021 18:02
ABŞ Prezident Donald Trampın akkauntu bloklandıqdan sonra "Twitter" kompaniyasının səhmləri düşməyə başlayıb.
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, bazar ertəsi günü ABŞ-da keçirilən ticarətdə kompaniyanın səhmləri 8 faizdən çox düşüb. Bakı vaxtı ilə saat 13:44-ə olan vəziyyətə görə, səhmlər 8,3 faiz enib.
"Twitter" sosial şəbəkəsi yanvarın 9-da "zor işlətməyə təhrikçilik riski" ilə bağlı Trampın hesabını daimi əsasda dondurub. Bundan bir müddət əvvəl "Facebook", "Twitter", "Instagram" və digər sosial şəbəkələr Trampın profillərinə girişləri müxtəlif müddətlərə bağlayıblar.
ABŞ KİV-lərinin məlumatına görə, Donald Tramp sosial şəbəkələrdə onun akkauntlarının bloklanması ilə əlaqədar bu gün bəyanatla çıxış edəcək.