Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Yanvar 2021 09:52
Bu gündən ali və orta ixtisas təhsili müəssisələrində payız sessiyasının imtahanlarına start verilib. Əvvəlki illərdən fərqli olaraq bu dəfə imtahanlar ənənəvi qaydada deyil, distant formada həyata keçiriləcək. İmtahanların nəticələrinə dair yekun hesabat isə sessiya bitdikdən sonra 10 gün müddətində Təhsil Nazirliyinə təqdim ediləcək.
Sonxeber.net xezerxeber.az-a istinadən bildirir ki, ali və orta ixtisas təhsili müəssisələrində birinci yarımilin imtahanları distant formada həyata keçiriləcək.
Təhsil naziri bu barədə müvafiq əmr imzalayıb. İmtahanlara bu gündən start verilib və 4 həftə müddətində keçiriləcək. Prosesin səmərəli təşkili üçün təhsil müəssisələrində imtahan qərargahları yaradılıb.
Proses həm ali təhsil müəssisələrinin rəhbərliyi, həm də Təhsl Nazirliyinin müvafiq strukturları tərəfindən diqqətdə saxlanılacaq. İmtahanın təşkilində yarana biləcək neqativ hallar barəsində də tədbirlər görüləcək.
Cəsarət Valehov əlavə edib ki, suallar təhsil müəssisələrinin pedoqoji professor-müəllim heyəti tərəfindən hazırlanıb və pandemiya dövründə tətbiq edilən tədris proqramı nəzərə alınıb.İmtahanların nəticələrinə dair yekun hesabat isə sessiya bitdikdən sonra 10 gün müddətində Təhsil Nazirliyinə təqdim ediləcək.