Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Yanvar 2021 11:06
Bakı. Ceyhun Ələkbərov -Trend:
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Zəfərimizin qəhrəmanlarından biri olan, Vətən müharibəsində ağır yaralanaraq sol ayağını itirmiş Abbas Mədəd oğlu Yusifovun da yüksək texnologiyalı protezlə təmin edilməsi üçün işlərə başlanıb.
Bu barədə Trend-ə nazirlikdən bildiriblər. Prezident İlham Əliyevin Sərəncamı ilə Yusifov Abbas Mədəd oğlu 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif olunub.
Nazirliyin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Protez-Ortopedik İstehsalat və Reabilitasiya Mərkəzində qazimizin ilkin müayinəsi aparılıb. Ona protezləşməyə hazırlanması üçün lazımi təlimatlar verilib.
7-10 gün ərzində protezləşməyə tam hazır olandan sonra Abbasdan ölçülər götürülərək yüksək texnologiyalı protezlə təmin ediləcək.