Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Yanvar 2021 15:21
Ayrılsam da həyat yoldaşımla gözəl münasibətim var. Ən çətin günlərimdə birinci ona zəng etmişəm. Mənə maddi dəstək olub. Heç vaxt kiminləsə dava edib, sözləşmərəm. Üzüyumşaq adamam.
Sonxeber.net axşam.az-a istinadən bildirir ki, bu sözləri Əməkdar artist Nahidə Orucova "Hüseynova bacıları" proqramında deyib. Aktrisa bildirib ki, ayrılsa da, həyat yoldaşı hər zaman ona dəstək olub:
"Həyatdır da, alınmadı bizimki. Ailəmi sənətə qurban verdim. Amma dəyməzdi. Qarşı tərəf mənə sərt qadağa qoydu: ya mən, ya ailə. Peşmanam, çünki indi sənət yoxdur: teatr, çəkiliş, yaradıcılıq bitib. Tək qalmışam".
Qeyd edək ki, aktrisanın bu nikahdan bir qız övladı var.