Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İkinci Qarabağ müharibəsinin sona çatması Cənubi Qafqazda infrastrukturun inkişafı üçün yeni imkanlar açdı - Jamestown Foundation-də MƏQALƏ

İkinci Qarabağ müharibəsinin sona çatması Cənubi Qafqazda infrastrukturun inkişafı üçün yeni imkanlar açdı - Jamestown Foundation-də MƏQALƏ

Tarix: 12 Yanvar 2021 15:21

İkinci Qarabağ müharibəsinin sona çatması Cənubi Qafqazın infrastrukturunun inkişafı üçün yeni imkanlar açdı.

Sonxeber.net bildirir ki, bu barədə azərbaycanlı analitik Fuad Çıraqovun The Jamestown Foundation üçün yazdığı məqalədə deyilir.

Müəllif qeyd edir ki, 2020-ci il dünyanın əksər ölkələri üçün tarixə COVID-19 pandemiyası ili kimi düşsə də, Azərbaycan üçün 1991-ci ildə müstəqilliyin bərpasından bəri ən dinamik və əlamətdar il oldu.

Çıraqov yazır ki, keçən ildəki hadisələrin əhəmiyyəti və nəticələri bölgədəki geosiyasətə də təsir edəcək.

"Müharibə və koronavirus böhranı ilə əlaqəli iqtisadi problemlər, şübhəsiz ki, Azərbaycan üçün bir sınaq oldu. Lakin Prezident İlham Əliyevin bu yaxınlarda qeyd etdiyi kimi, 2020-ci ildə Azərbaycanın ÜDM-i cəmi 4 faiz azaldı, qeyri-neft sektoru isə faktiki 11 faiz böyüdü. Pandemiyanın təsirlərini azaltmaq üçün sosial xərclərlə əlaqəli böyük xərclərə baxmayaraq, Dövlət Neft Fondunun gəlirləri artdı", - məqalədə deyilir.

Müəllif qeyd edib ki, üçtərəfli atəşkəs razılaşmasına əsasən bölgədəki iqtisadi və nəqliyyat əlaqələrinin blokdan çıxarılması planlaşdırılır. Məqalədə deyilir ki, döyüş əməliyyatları bitdikdən sonra Türkiyə prezidenti daxil olmaqla Azərbaycan və regional rəsmilər Cənubi Qafqaz üçün alternativ gələcək təklif etdilər.

Aslan Məmmədov


Etiketlər:  İkinci Qarabağ müharibəsinin sona çatması Cənubi Qafqazda infrastrukturun inkişafı üçün yeni imkanlar açdı Jamestown Foundation MƏQALƏ


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ