Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Daha 30 şəhid ailəsi və qaziyə ev verildi (FOTO)

Daha 30 şəhid ailəsi və qaziyə ev verildi (FOTO)

Tarix: 12 Yanvar 2021 16:12

Bakı. Ceyhun Ələkbərov - Trend:

Bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 30 şəhid ailəsinə və Qarabağ müharibəsi ilə əlaqədar əlilliyi olan şəxsə mənzil və fərdi evlər verilib.

Bu barədə Trend-ə nazirlikdən bildiriblər. Onlardan 22 nəfərə Yevlax rayonunda yeni yaşayış binasından alınmış mənzillər təqdim edilib. Mənzillərin təqdim edilməsi tədbirində əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Vüsal Nəsirli və Yevlax rayon İcra Hakimiyyətinin başçısı Anar Tağıyev iştirak ediblər.

V.Nəsirli bildirib ki, 2020-ci il Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun əldə etdiyi möhtəşəm Qələbə ili kimi tariximizə qızıl hərflərlə yazıldı. 30 ilə yaxın erməni faşizminin əsarətində olan torpaqlarımız cəmi 44 gün ərzində işğaldan azad edildi.

Nazir müavini ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhid olan qəhrəmanların ailələrinin, bu döyüşlərdə sağlamlığını itirmiş vətəndaşların sosial müdafiəsinin daim gücləndirildiyini vurğulayıb.

Bunun daha bir nümunəsi kimi, cənab Prezidentin 2020-ci ilin 30 dekabrında imzaladığı Fərmanlarla şəhid ailələri üçün Prezidentin təqaüdü 66,7% artırılaraq 300 manatdan 500 manata, Azərbaycanın Milli Qəhrəmanları üçün 20% artırılaraq 1500 manatdan 1800 manata çatdırılıb. Müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə Prezidentin təqaüdü orta hesabla 50%-dən çox artırılıb. Vətən Müharibəsi Qəhrəmanları üçün də Prezidentin aylıq təqaüdü (2 000 manat) təsis olunub. Şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslər təqaüdlə yanaşı, müavinət və ya pensiya ilə də təmin olunurlar.

V.Nəsirli qeyd edib ki, 2020-ci ildə şəhid ailələrinə və Qarabağ müharibəsi ilə əlaqədar əlilliyi olan şəxslərə rekord sayda - 1500 mənzil və fərdi evin verilməsi nəzərdə tutulub. Bu gün təqdim edilən 30 mənzil və fərdi ev də daxil olmaqla onlardan 1480-i verilib, yaxın iki gündə daha 20 mənzil və fərdi ev də veriləcək. Ümumilikdə ötən dövrdə həmin vətəndaşlara 9100-dən çox mənzil və fərdi ev təqdim edilib.

Vurğulanıb ki, Prezident İlham Əliyev Vətən müharibəsində şəhid olmuş qəhrəman hərbçilərimizin doğmalarına, yaxınlarına da evlər veriləcəyini bəyan edib. Keçmiş köçkünlər üçün azad edilmiş yurd yerlərində evlərin tikiləcəyini, onlar üçün inşa olunmuş mənzillərin isə şəhid ailələrinə verilməsini tapşırıb. Dövlət başçısının göstərişi ilə inşa olunmuş həmin mənzillərin Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin balansından Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin balansına verilməsi işləri aparılır. Təbii ki, bu böyük bir proqram olmaqla şəhid ailələrinin və müharibə ilə əlaqədar əlilliyi olanların evlə təminatında çox mühüm bir irəliləyiş olacaq.

Yeni mənzillə təmin edilən vətəndaşlar Prezident İlham Əliyevin xüsusi qayğısı ilə əhatə olunmalarından, şəhid ailələrinin, müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin rifah halının yaxşılaşdırılması sahəsində aparılan işlərdən, pensiya, müavinət və təqaüdlərinin mütəmadi olaraq artırılmasından məmnunluqla bəhs ediblər. Onlar bu gün yeni evlə təmin olunduqlarına görə dövlət başçısına minnətdarlıqlarını ifadə ediblər.

Daha 30 şəhid ailəsi və qaziyə ev verildi (FOTO) - Gallery Image Daha 30 şəhid ailəsi və qaziyə ev verildi (FOTO) - Gallery Image Daha 30 şəhid ailəsi və qaziyə ev verildi (FOTO) - Gallery Image Daha 30 şəhid ailəsi və qaziyə ev verildi (FOTO) - Gallery Image Daha 30 şəhid ailəsi və qaziyə ev verildi (FOTO) - Gallery Image Daha 30 şəhid ailəsi və qaziyə ev verildi (FOTO) - Gallery Image Daha 30 şəhid ailəsi və qaziyə ev verildi (FOTO) - Gallery Image Daha 30 şəhid ailəsi və qaziyə ev verildi (FOTO) - Gallery Image Daha 30 şəhid ailəsi və qaziyə ev verildi (FOTO) - Gallery Image Daha 30 şəhid ailəsi və qaziyə ev verildi (FOTO) - Gallery Image Daha 30 şəhid ailəsi və qaziyə ev verildi (FOTO) - Gallery Image


Etiketlər:  Daha şəhid ailəsi qaziyə verildi FOTO


RƏYLƏR