Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Yanvar 2021 17:12
Fil Dişi Sahili yığmasının sabiq futbolçusu Sol Bamba xərçəng xəstəliyinə tutulub.
Sonxeber.net apasport.az-a istinadla bildirir ki, bu barədə mərkəz müdafiəçisinin klubu "Kardiff" məlumat yayıb.
Çempionşip təmsilçisi 36 yaşlı oyunçuda lenf xərçəngi aşkarlandığını açıqlayıb. Ucaboy futbolçunun müayinəsinə artıq start verilib.
Qeyd edək ki, PSJ-nin yetirməsi olan Sol Bamba karyerası ərzində "Danfermlayn", "Hibernian", "Lester", "Trabzonspor", "Palermo", "Lids" və "Kardiff"in formasını geyinib.