Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Yanvar 2021 18:15
Artıq doğmalarım, dostlarım üçün çox darıxıram. Teatrımızın yenidən açılmasını səbirsizliklə gözləyirəm.
Sonxeber.net axşam.az-a istinadən bildirir ki, bu sözləri Xalq artisti Firəngiz Mütəllimova sosial şəbəkədə yazıb. Aktrisa karantindən, teatrların olmamasından gileylənib:
"Özümüzü gözəgörünməz düşmən olan koronavirusdan qorumalıyıq. İnsanlar bizi sevindirir, həyacanlandırır, ağladır və güldürür. Hazırda hamımızın bir möcüzəyə ehtiyacımız var. Möcüzəni isə Allah yaradır. Bunun üçün dua edək".