Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Yanvar 2021 20:26
"Air India"nın qadın pilotlardan ibarət kokpit komandası, Hindistan aviaşirkəti tərəfindən həyata keçirilən ən uzun fasiləsiz ticarət uçuşu ilə aviasiya tarixində yeni bir rekorda imza atıb.
Sonxeber.net unikal.org-a istinadən bildirir ki, sözügedən uçuş dünyadakı qadın pilotların həyata keçirdiyi ən uzun uçuş kimi qeyd edilib. ABŞ mətbuatında yer alan xəbərlərə görə, ABŞ-ın San-Fransisko şəhərindən Hindistanın cənubundakı Benqaluru şəhərinə "Boing 777" təyyarəsi ilə 5 qadın pilotun uçuşunun 17 saat çəkdiyi bildirilib.
Kapitan pilot Zoya Aggarval uçuşun ilk hissəsindən sonra Amerika mediasına verdiyi bir müsahibəsində "Hindistan aviasiya tarixində yeni bir dövr açdıq" deyib. .