Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Yanvar 2021 07:08
Böyük Britaniya polisi karantin qaydalarını pozan şəxsləri sərt cəzalandıracaq.
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, Krallıqda virusa yoluxanların sayı artdığı üçün polis qaydaları pozan şəxslərə qarşı daha sərt addımlar atacağını açıqlayıb.
Daxili işlər naziri Kit Malthaus qanunları pozan şəxslərin cərimələnəcəklərini və sərt cəzaların tətbiq ediləcəyini söyləyib.
O, yoluxma sayının artmasının əsas səbəbi kimi, vətəndaşların qaydalara tam əməl etməmələrini göstərib.
Qeyd edək ki, indiyədək ölkədə koronovirusdan 81 min 960 nəfər həyatını itirib. Virusa yoluxanların sayı 3 milyonu ötüb.