Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

ABŞ 2021-22-ci illərdə Azərbaycanda neft hasilatı ilə bağlı proqnozlarını açıqlayıb

ABŞ 2021-22-ci illərdə Azərbaycanda neft hasilatı ilə bağlı proqnozlarını açıqlayıb

Tarix: 13 Yanvar 2021 10:16

Bakı. Ləman Zeynalova, Orxan Nəbiyev - Trend:

2020-ci ildə Azərbaycanda neft və kondensat hasilatı sutkada orta hesabla 0,71 milyon barel təşkil edib.

Trend-in məlumatına görə, bu barədə ABŞ Energetika Nazirliyinin Enerji İnformasiya İdarəsinin (EIA) yanvar ayında dərc edilmiş enerji bazarının icmalında deyilir.

Qeyd edək ki, dekabr icmalında bu göstərici 0,71 milyon barel/sutka səviyyəsində proqnozlaşdırılırdı.

EIA-nın göstəricilərinə görə, 2020-ci ilin birinci, ikinci, üçüncü və dördüncü rüblərində hasilat müvafiq olaraq sutkada 0,77, 0,70, 0,67 və 0,69 milyon barel təşkil edib.

Proqnozlara əsasən, 2021-ci ildə Azərbaycanda neft və kondensat hasilatı 0,73 milyon barel/sutka səviyyəsində gözlənilir. Bundan əvvəlki hesabatda həmin proqnoz 0,72 milyon barel/sutkaya bərabər idi.

2021-ci ildə rüblük hasilat birinci rübdə 0,7 milyon, ikinci rübdə 0,73 milyon, üçüncü rübdə 0,74 milyon, dördüncü rübdə isə 0,75 milyon marel/sutka səviyyəsində proqnozlaşdırılır.

EIA 2022-ci ildə Azərbaycanda neft və kondensat hasilatının 0,78 milyon barel/sutka olacağını proqnozlaşdırır.

2022-ci ildə rüblük hasilat birinci rübdə 0,76 milyon, ikinci rübdə 0,79 milyon, üçüncü rübdə 0,78 milyon, dördüncü rübdə isə 0,78 milyon marel/sutka təşkil edəcək.


Etiketlər:  ABŞ 2021 illərdə Azərbaycanda neft hasilatı ilə bağlı proqnozlarını açıqlayıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ