Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Bakıda 27 yaşlı gənc küçədə naməlum şəraitdə bıçaqlandı

Bakıda 27 yaşlı gənc küçədə naməlum şəraitdə bıçaqlandı

Tarix: 16 Iyul 2019 21:00

Bakı. Samir Əli - Trend:

Bakıda gənc oğlan naməlum şəxs tərəfindən bıçaqlanıb.

Trend-in məlumatına görə, hadisə paytaxtın Xətai rayonu ərazisində baş verib.

Rayon sakini, 1992-ci il təvəllüdlü Həsənov Murad Yaşar oğluna küçədə naməlum şəxs tərəfindən 2 bıçaq zərbəsi vurulub.

Yaralı xəstəxanaya çatdırılaraq əməliyyat olunub.

Faktla bağlı cinayət işi başlanıb.

Hazırda hadisəni törədən şəxsin kimliyi müəyyən edilir.


Etiketlər:  Bakıda 27 yaşlı gənc küçədə naməlum şəraitdə bıçaqlandı


RƏYLƏR