Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Cəlilabadda kartof əkininə start verildi - VİDEO

Cəlilabadda kartof əkininə start verildi - VİDEO

Tarix: 13 Yanvar 2021 13:24

Cəlilabad fermerləri yazlıq kartof əkininə başlayıblar. Havaların əlverişli keçməsi işləri sürətləndirsə də, mineral gübrələrin qiymətində olan artım onların xərclərini artırıb. Onların sözlərinə görə, bu, məhsulun maya dəyərinin artmasına səbəb olacaq.

Kartof əkini ilə məşğul olan fermərlər bu il daha çox xərc çəkməli olublar.

Sonxeber.net xezerxeber.az-a istinadən bildirir ki, Cəlilabadlı fermerlər əsasən Rusiyadan gətirilmiş toxum sortlarına üstünlük verirlər. Toxumun qiymətində dəyişiklik olmasa da, mineral gübrələr bahalaşıb.

Fermerlərin sozlərinə görə, ötən ilin yanvar ayında azot gübrəsini 11 manata alırdılar. Bu il isə qiymət 19 manata yüksəlib. Amafoz və Nitrafoz gübrələrinin qiymətində də 10-11 manat artım müşahidə edilir.

Məlumdur ki, hazırda gübrələr 70 faiz güzəştlə satılır. Gübrələrin qiymətinin qalan məbləği subsidiya şəklində fermerlərin kartlarındakı vəsaitdən tutulur. Satıcılar bildirirlər ki, kim əlavə gübrə almaq istəsə, onu nağd şəkildə ödədiyindən qiymət də baha olur.

Qeyd edək ki, Cəlilabadda 5 min hektara yaxın sahədə kartof əkilir. Yetişdirilən məhsul əsasən daxili və Rusiya bazarlarında satılır.


Etiketlər:  Cəlilabadda kartof əkininə start verildi VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ